Fiftysix Magazine

Menyu
Edit Template

VVSVAUPRA: Azərbaycanın musiqisində yeni səsin qaranlıqdan parlaqlığa uzanan yolu

Azərbaycanın musiqi səhnəsində özünəməxsus üslubu və cəsarətli yanaşması ilə fərqlənən VVSVAUPRA, həm xəyali, həm də gerçək dünyanın sərhədlərini səsi ilə aşır. Sənətçi, Bakı küçələrinin qaranlığından şəhərin ən parlaq penthauslarına qədər geniş bir spektri yaradıcılığında birləşdirir.

Karyerasına hip-hop janrında başlayan VVSVAUPRA, son illərdə özünü daha dərindən ifadə etmək üçün alternativ janrlara üz tutub.

Açığı, uşaqlıqdan musiqiyə çox bağlı olmuşam, sadəcə səbəbini bilmədən heç vaxt musiqi təhsili almağa yönəlmədim. Hip-hop janrından uzaq idim, daha çox “Linkin Park”, “Queen” və “The Beatles” kimi qruplarla böyümüşəm. Sadəcə, həyatımın bir nöqtəsində televiziyada Daft Punk və Kanye Vest ilə tanış oldum, oradan da bu janra marağım başladı.

Ümumiyyətlə, elektron musiqinin böyük heyranı olmuşam. Musiqiyə başlamadan və texniki tərəflərini bilmədiyim dövrdə belə, səslərin necə hazırlandığı, səsin quruluşu və bunların birlikdə necə musiqiyə çevrildiyi mənə həddindən artıq maraqlı gəlirdi. Buna görə də musiqiyə başladım. Marağım o qədər güclü idi ki, zamanla bu işi sadəcə bir hobbi kimi deyil, həyatımın bir parçası kimi qəbul etdim və özümü tamamilə bu sahəyə həsr etdim.

Məqsədim ölkəmizin musiqisini qlobal bazara çıxarmaqdır. Məncə, Azərbaycan musiqisi xarici ölkələrdə yetərincə təmsil olunmur. Dilimiz və onun musiqidə yaratdığı fərqlilik çox gözəldir, sadəcə, indiyə qədər bunu beynəlxalq səviyyədə uğurla təqdim edən biri olmayıb. İndi isə bu işin öhdəsindən gələcək şəxs mənəm. Məqsədim, ölkəmizin musiqisini heç vaxt çatmadığı zirvələrə qaldırmaqdır.

Bununla yanaşı, ölkəmizdəki digər sənətçiləri də özlərini inkişaf etdirməyə həvəsləndirmək və onları daha böyük uğurlara doğru sürükləmək istəyirəm

Yanvar ayında təqdim olunan “ULTIMA” albomu da bunun bariz nümunəsidir. Albomda DnB, punk, soul, caz və digər janrların elementləri bir araya gələrək, sənətçinin keçdiyi çətin yaradıcı prosesi və daxili düşüncələrini dinləyiciyə təqdim edir.

İlk baxışdan sənətçi mərkəzli bir layihə kimi görünən “ULTIMA”, əslində, hər dinləyicinin öz hekayəsini tapacağı bir musiqi toplusudur. Bu albomda “Yerli Records”-un təqdimatında, Lacan, YchaosX və Ronny Wade kimi prodüserlərin imzası da öz əksini tapıb.

ULTIMA” sadəcə bir albom deyil – bu, sənətçinin səmimi etirafları, keçmişin qaranlıq kölgələri və gələcəyin parlaq ümidləri arasında qurulan körpüdür.

VVSVAUPRA, Bakının Sovetski məhəlləsində böyüyüb və bu bölgənin özünəməxsus qaydaları onun yaradıcılığında dərin iz buraxıb. Sənətçi, bu mühitdə gücün və səssizliyin fərqli formalarını araşdıraraq, dinləyicisinə həm emosional, həm də intellektual bir musiqi təcrübəsi təqdim edir.

Scroll to Top