2025-ci ilin Oscar mükafatlandırma mərasimi hər zamankı kimi qırmızı xalçada məşhurların dəbli geyimləri ilə yadda qaldı. Bu il ulduzlar klassik üslubdan uzaqlaşaraq daha cəsarətli və yenilikçi moda seçimləri etdilər. Aşağıda gecənin ən diqqətçəkən obrazlarını təqdim edirik:
Ariana Qrande
Ariana Qrande gecəyə açıq çəhrayı rəngdə, “Schiaparelli Haute Couture” imzalı bir libasla qatıldı. Bu unikal “couture” geyim 190 minə yaxın kristal payet, rhinestone və muncuqlarla işlənmişdi. Tül və ipək qatlardan ibarət ətəyi, heykəltəraşlıq üslubunda strukturlaşdırılmış büst hissəsi ilə xüsusilə seçilirdi.
Selena Qomez
Selena Qomez “Ralph Lauren” brendinin xüsusi sifarişlə hazırladığı libası ilə Sofiya Lorenin retro cazibəsini canlandırdı. Açıq çəhrayı rəngdə olan bu libasın üzəri 16 minə yaxın şüşə muncuq və “Rosemont” kristalları ilə işlənmişdi. O, obrazını “statement” brilyant boyunbağı və uyğun sırğalarla tamamlamışdı.
Timoti Şalame
Timoti Şalame qırmızı xalçada ən qeyri-adi tərzlərdən birini nümayiş etdirdi. O, yağ sarısı rəngində, “Givenchy” brendinin custom-made dəridən hazırlanmış kostyumunu seçmişdi. Monoxromatik üslubda dizayn edilmiş bu görünüşü uyğun rəngli ipək köynəklə tamamlayaraq, cins geyim kodlarını yenidən şərh etdi.
Kolman Domingo
Kolman Domingo “Valentino” brendinin gül qırmızısı rəngində “double-breasted” smokinqi ilə fərqləndi. İkiqat düyməli pencək və uyğun rəngli köynəkdən ibarət dəst, aktyorun zövqlü və iddialı üslubunu vurğuladı. O, “Vintage Boucheron” zinət əşyaları ilə görünüşünə nostalji toxunuş əlavə etdi.
Endryu Qarfild
Endryu Qarfild klassik qara smokinq əvəzinə, şokolad qəhvəsi rəngində velvet (məxmər) kostyum seçdi. Bu material və rəng kombinasiyası onun fərdi üslubunu ön plana çıxardı və aktyorun moda baxımından eksperimental yanaşmasını vurğuladı.
Lisa
“BLACKPINK” qrupunun üzvü Lisa, mərasimə Rahul Mishra tərəfindən xüsusi dizayn edilmiş, “hand-embroidered” (əl işləməli) libasla qatıldı. Həmçinin o, gecədə Ceyms Bond filmlərinin musiqisinə həsr olunmuş çıxışda “Live and Let Die” mahnısını ifa etdi.
Doja Cat
Doja Cat Oscarların qırmızı xalısında Olivier Rousteing tərəfindən dizayn edilmiş, 1953-cü il “Pierre Balmain” arxivindən ilhamlanan, leopard naxışlı, tam bəzədilmiş libasla göründü. Bu paltarın hazırlanması 46 sənətkar tərəfindən 5,600 saatlıq əl işi tələb edib. Müğənni obrazını qızıl boyunbağı və gümüş sırğalarla tamamladı. O, mərasimdə “Diamonds Are Forever” mahnısını, kristallarla bəzədilmiş korsetli libasda ilə ifa edərək, Ceyms Bond filmlərinə həsr olunmuş tributa qatıldı.
Rey
Britaniyalı müğənni Rey, qırmızı xalçada smokinq üslublu libası ilə diqqət çəkdi. O, Ceyms Bond filmlərinə həsr olunmuş çıxışda “Skyfall” mahnısını ifa edərək tamaşaçılara unudulmaz anlar yaşatdı.
Ceff Qoldblum
Ceff Qoldblum Prada brendinin ağ rəngli smokinq pencəyi və qara “tailored” şalvar ilə klassik, amma modern bir görünüş sərgilədi. Aksesuar olaraq seçdiyi çiçək broşu obrazına sartorial elegance (paltar estetikasına xas zəriflik) qatdı.
Bouen Yanq
Bouen Yanq Etro markasının cəsarətli naxışlı pencəyi ilə qırmızı xalçada öz fərqliliyini vurğuladı. Bu qeyri-adi seçim onun moda sahəsindəki eksperimental yanaşmasını əks etdirdi.
Ko Aluin
Ko Aluin klassik smokinqinə “statement” parlaq qırmızı broş əlavə edərək öz tərzinə fərqli bir toxunuş qatdı. Bu incə detal onun minimalist, lakin diqqətçəkən üslubunu vurğuladı.
Edqar Ramires
Edqar Ramires dəniz mavisi rəngində məxmər smokinq seçimi ilə qırmızı xalçada həm şıq, həm də nostalji bir görüntü yaratdı.
Ceremi Stronq
Ceremi Stronq metalik bürünc rəngli smokinqi və müasir slim tie (nazik qalstuk) ilə seçilərək gecənin ən dəbli kişilərindən biri oldu.
Oscar 2025 qırmızı xalçasında məşhurların cəsarətli və yenilikçi moda seçimləri diqqət çəkdi. Bu il dəb anlayışı yeni bir mərhələyə keçərək, fərqli rəng palitraları, material seçimləri və futuristik siluetlərlə qırmızı xalçanı bəzədi.