Fiftysix Magazine

Menyu
Edit Template

Xorvatiya seçimini etdi

Ötən ilin favorit ölkəsi olan Xorvatiya bu axşam Dora 2025 milli finalını keçirdi. 16 iştirakçının yarışdığı gecədə qalib Poison Cake mahnısı ilə Marko Bošnjak oldu.

Marko Bošnjak, Poison Cake mahnısı ilə xalq səsverməsində 130 xal toplayaraq Xorvatiyanı Eurovision 2025-də təmsil etməyə haqq qazandı.

2004-cü ildə Bosniya və Herseqovinanın Mostar şəhərində anadan olan Marko, 2016-cı ildə Pinkove Zvezdice istedad şousunun qalibi olub. 2022-ci ildə Moli za nas mahnısı ilə Dora-da ikinci yeri tutub. Daha sonra Pjesma za kraj (2022), Spokojan (2023) və Nema (2023) kimi sinqllarla musiqi karyerasını davam etdirib.

O, həmçinin 2025-ci ildə Xorvatiyanın Your Face Sounds Familiar (Tvoje lice zvuči poznato) yarışmasının 9-cu mövsümündə iştirak edəcək.

Scroll to Top