Məşhur ispaniyalı müğənni Rozalia, “HBO”nun fenomenal serialı “Euphoria”nın üçüncü mövsümündə rol alacaq. O, bu barədə rəsmi açıqlamasında bildirib: “Bu, mənim sevimli serialımdır, və belə inanılmaz istedadlı insanlarla eyni səhnəni paylaşacağım üçün çox xoşbəxtəm.”
Serialın üçüncü mövsümünün premyerası 2026-cı ilə planlaşdırılıb. Rozalianın hansı rolda çıxış edəcəyi isə hələ ki, açıqlanmayıb.
