Fiftysix Magazine

Menyu
Edit Template

Sevgililər günü izləniləcək üç film tövsiyyəsi

“Sevgililər Günü”, hər kəsin özünü bir az daha çox sevdiyi, sevginin gücünü hiss etdiyi və qəlbinin sanki bir neçə dəfə daha sürətlə döyündüyü xüsusi bir gündür. Bu günü daha da unudulmaz etmək üçün sevgilinizlə ya da tək başına, sevgi dolu anlar yaşamağa dəyər bir neçə film seçdik. Hər biri öz tərzi ilə romantizmi, emosiyanı və insan ruhunun dərinliklərini kəşf edir. Qarşınızda, sevgililər günü üçün mükəmməl üç film: “Titanik”, “Pretty Woman” və “Valentine’s Day”.

“Titanik”

Ceyms Kameronun 1997-ci ildə çəkdiyi “Titanik”, hər zaman əfsanəvi qalacaq bir sevgi hekayəsidir. Xatırlayırsınız, deyilmi? O möhtəşəm gəmi batarkən, Roz və Cek arasında hər şeyin bitdiyini düşündüyünüz anlarda, əslində sevginin ölümsüzlüyünü hiss edirsiniz. Gəminin soyuq və vahiməli sularında, insanların ən böyük qorxularıyla üzləşdiyi anlarda belə, sevgi qalib gəlir. “Titanik” sevgi, həyat və ölüm arasında bir körpü yaradır. Sevgililər Günü üçün daha çox nəyə ehtiyacınız var ki? Bu film, romantizmin təməlini sarsıdan bir güc sərgiləyir və bizi sevginin gücünə inandırır.

“Pretty Woman”

Hər bir sevgi hekayəsi özünəməxsusdur. Bəzi hekayələr var ki, onlar həyatın gözəlliklərinə və qəflətən dəyişən anlara diqqət çəkir. “Pretty Woman” bu cür filmlərdən biridir. Yuliya Roberts və Riçard Qere, bir-birini sevən iki fərqli dünyanın insanlarıdır. Vivian, heç gözləmədiyi bir yerdə həyatını dəyişdirəcək bir təklif alır və Eduard, öz həyatını dəyişdirmək istəyən bir iş adamıdır. Bu filmdəki sevgi hekayəsi, sizə həyatın nə qədər təəccüblü ola biləcəyini xatırladır. “Pretty Woman”, sevgililər günü üçün mükəmməl bir seçimdir.

“Valentine’s Day”

Qarri Marşalın rejissorluğunda çəkilən bu film, sevgililər günü ilə əlaqəli çoxlu fərqli xarakterləri və onların həyatlarında baş verən hadisələri izləyiciyə təqdim edir. Film, bir gün ərzində sevgi ilə bağlı yaşanan anları, dostluqları, ailə bağlarını, romantik münasibətləri və özünü tapma yolunda olan insanları əks etdirir.

Scroll to Top