“Alice in Borderland” serialının üçüncü sezonunun çəkilişləri davam edir və 2025-ci ildə yayımlanması planlaşdırılır. “Netflix” hesabı, “Son oyuna hazırsınızmı?” mesajı ilə serialın üçüncü sezonundan ilk şəklini paylaşdı.
Əsas rollarda Kento Yamazaki (Arisu) və Tao Tsuçiya (Usagi) yenidən iştirak edəcəklər. Digər tanınmış aktyorların da geri dönməsi gözlənilir. Məsələn, Risa Naka (Mira) ikinci sezonun sonunda öldü, lakin o, personajının geri dönə biləcəyini qeyd edib.
Üçüncü sezonun mövzusu hələlik açıqlanmayıb, lakin əvvəlki sezonların yüksək tempini və dərin mövzularını nəzərə alaraq, yeni sezonun da digərləri qədər maraqlı olacağı gözlənilir.
