Fiftysix Magazine

Menyu
Edit Template

59-cu “Super Bowl Halftime”: Kendrik Lamar və daha çoxu…

59-cu “Super Bowl Halftime” və ya “Apple Music 59th Halftime” şousu Luiziana ştatının Nyu-Orlans şəhərində baş tutub. Şounun əsas ifaçısı amerikalı reper Kendrik Lamar olub. O, səhnəyə məşhur R&B ifaçısı SZA, Hollivud ulduzu Samuel L. Cekson, tanınmış tennisçi Serena Viliams və prodüser-DJ Mustard ilə birlikdə çıxıb.

Kendrik Lamar necə seçildi?

Amerikanın Milli Futbol Liqası (NFL) şounun təşkilində iştirak edəcək əyləncə şirkətləri və prodüserləri seçdikdən sonra, potensial baş ifaçıların siyahısını hazırlayır. 2019-cu ildə NFL məşhur reper Jay-Z və onun şirkəti ilə əməkdaşlıq edəcəyini açıqladı. Bundan sonra, Jay-Z və komandası Super Bowl Halftime şoularının həmməsləhətçisi və prodüseri oldu.

Musiqi rəhbərliyi şounun keçirildiyi şəhərin mədəniyyətinə uyğun sənətçilərə üstünlük vermək istəyirdi. İlk olaraq Lil Wayne əsas namizəd olsa da, sonda təklif Kendrik Lamara göndərildi. Qeyd edək ki, Kendrik Lamar 2022-ci ildə keçirilən 56-cı “Super Bowl Halftime” şousunda Snup Doq, Eminem, “50 Cent” və digər reperlərlə birlikdə çıxış etmişdi.

2024-cü il 8 sentyabrda, NFL rəsmi olaraq Kendrik Lamarı şounun baş ifaçısı seçdi.

“Dreyk ilə münaqişəyə son qoyan performans”

Bu performans, eyni zamanda, Kendrik Lamarın Dreyk ilə olan gərginliyinə də son qoydu. Belə ki, Dreykə diss olaraq yazdığı “Not Like Us” mahnısı çartlarda böyük uğur qazandı və reper bu mahnıya görə bu il 5 dəfə “Grammy” mükafatı aldı. Həmçinin, “Super Bowl Halftime” şousunun baş ulduzu olması onun qalib gəldiyini sübut edirdi.

Cr: Stephen Lew, Imagn Images (Usa Today)

Lakin Kendrik Lamar hələ son kartını oynamamışdı. O, Dreykin keçmiş sevgilisi olan SZA ilə duet oxuyaraq və Serena Viliamsı səhnəyə gətirərək münaqişəyə son nöqtəni qoydu. Zalın bütün izləyicilərinin “A minor” deməsi ilə bu rep döyüşündə qalibin Kendrik Lamar olduğu rəsmi olaraq elan edildi.

Scroll to Top