Fiftysix Magazine

Menyu
Edit Template

Blackpink qrupunun üzvü Jeni yeni albomunu təqdim etdi

“Blackpink”in məşhur üzvlərindən olan Cenni martın 7-də debut solo albomu olan “Ruby”ni təqdim etdi.

Albomun ilk sinqlı olan “Mantra” oktyabrın 11-i 2024-cü ildə təqdim edilmişdi, “Love Hangover” adlı ikinci sinql yanvarın 31-i yayımlandı.

Fevralın 21-i Cenni son zamanlar amerikada məşhur bir ulduza çevrilən Doeçi ilə duet oxuduğu “ExtraL” adlı mahnısını yayımladı. 4cü sinql olan “Like Jennie” albomla eyni gündə- martın 7-də yayımlandı. Və Dua Lipa ilə ortaq iş birliyi olan mahnısı “Handlebars”i klipi ilə birlikdə martın 11-i təqdim edildi.

2023-cü ildə “YG Entertainment” və “İnterscope Records”dan ayrılan Cenni özünə məxsus olan musiqi şirkəti “Odd Atelier” və “Columbia Records”la birlikdə yeni albomunu yayımladı. Pop, Hip-hop və Rnb janrlarını əhatə edən albomda bir çox məşhur adamlarla iş birlikləri var. Çayldiş Qambino, Doeçi, Dominik Fik, FKJ, Dua lipa və Kali Uciş kimi adlar albomda yer alıb. 15 mahnıdan ibarət olan albom “Billboard 200” albom çartında top 5-də qərarlaşmağı bacarıb. Albom tənqidçilərdən müsbət rəy almağı bacarıb.

Scroll to Top