Martın 3-də Leydi Qaqa “Good Morning America” proqramında bir sıra məsələlərə aydınlıq gətirib. Ulduz karyerasında elə bir nöqtəyə çatıb ki, bu, onda yeni düşüncə tərzinin formalaşmasına səbəb olub. Belə ki, Leydi Qaqa müsahibəsi zamanı deyib:
“Düşünürəm ki, artıq özümü musiqiçi, prodüser və yazar kimi əmin hiss etməyə başlamışam. Bunun qəribə səsləndiyini bilirəm, amma karyeramda “boss”a çevrilmək mənə demək olar ki, iki onillik vaxt apardı. Musiqi sənayesində bir qadın kimi demək olar ki, həmişə otaqdakı yeganə qadın olurdum. Məqsədimə çatmaq və sabitliyimi qorumaq üçün çox çalışmalı idim. Söhbət musiqi və sənətkarlıqdan gedəndə isə, hər zaman hazır olmuşam. Amma bu, çətin bir yarış idi və mən bu mərhələni “Mayhem” albomu vasitəsilə keçdim.”
Bundan başqa, albom hələ çıxmamış “Garden of Eden” adlı mahnı artıq Formula 1-in rəsmi himni olaraq təsdiqlənib.
Qeyd etmək lazımdır ki, Leydi Qaqa sonuncu dəfə 2020-ci ildə təqdim etdiyi “Chromatica” albomundan sonra ilk dəfə “Mayhem” adlı tam pop albomunu buraxacaq. Albom təqdim edildikdən bir gün sonra, yəni martın 8-də isə Leydi Qaqa “Saturday Night Live” proqramında çıxış edəcək.