Fiftysix Magazine

Menyu
Edit Template

Teylor Sviftdən möhtəşəm “Black Friday” hədiyyəsi!

“Eras Tour” Kitabı və Tortured Poets Department Vinil Antologiyası Yoldadır!

Sviftilər, Diqqətiniz bizdə olsun! Teylor Svift bu Qara cüməni unudulmaz edəcək möhtəşəm bir sürpriz hazırlayıb. Noyabrın 29-da müğənni iki eksklüziv buraxılış ilə musiqi dünyasına yenidən damğa vurmağa hazırlaşır. Eras Tour Kitabı və xüsusi Tortured Poets Department vinil/CD antologiyası yalnız Target platformasında satışda olacaq!

Teylorun pərəstişkarları üçün bu buraxılış əsl xəzinədir. Eras Tour Kitabı Sviftiləri səhnə arxasına apararaq, 500-dən çox yayımlanmamış foto, şəxsi xatirələr və eksklüziv məşq görüntüləri ilə doludur. Svift-in müxtəlif dövrlərdəki çıxışlarının ən məhşur anları ilə birlikdə, bu kitab pərəstişkarlarına onun həyatının hər məqamına toxunmaq şansı verir.

Teylor özü bu barədə deyir: “Bu kitab, həyatımın ən əfsanəvi turuna olan sevgi məktubumdur. Fanatlarım bu turun ruhunu yaratdı, və siz olmasaydınız, Eras Tour bu qədər möhtəşəm olmazdı.”

Bütün bu gözəlliklərə əlavə olaraq, Tortured Poets Department albomu da vinil və CD formatında xüsusi buraxılış ilə “Black Friday” günü Svift pərəstişkarlarını sevindirməyə hazırdır. Bu eksklüzivlər Svift-in musiqi imperiyasının bir parçası olmaq istəyənlər üçün əvəzsizdir

Scroll to Top