Fiftysix Magazine

Menyu
Edit Template

Çappell Roan “The Giver” sinqlının buraxılış tarixini açıqladı – Kantri albomu gəlir?

Pop ulduzu Çappell Roan pərəstişkarlarını sevindirəcək xəbəri nəhayət elan etdi! Uzun müddətdir gözlənilən yeni sinqlı “The Giver” 13 mart tarixində dinləyicilərlə görüşəcək. Müğənni bu xəbəri çərşənbə axşamı Instaqram da paylaşdığı xüsusi bir foto ilə açıqlayıb.

Tikinti geyimində çəkilmiş şəklini paylaşan Roan, trekin Şərqi Amerika vaxtı (“ET”) ilə 20:00-da, Bakı vaxtı ilə isə 05:00-da yayımlanacağını bildirib. Müğənni həmçinin yeni mahnısının kantri çalarlarına malik olacağını vurğulayıb və bu janrın onun üçün xüsusi bir mənası olduğunu qeyd edib:

“Kantri musiqisinin qəlbimdə xüsusi yeri var. Hər səhər və günortadan sonra məktəb avtobusunda bu musiqiyə qulaq asaraq böyümüşəm və onu tonqal başında, marketlərdə və karaoke barlarında hər zaman ətrafımda hiss etmişəm.”

Roanın yeni treki pərəstişkarları arasında böyük maraq doğurduğu üçün bir çoxları onun növbəti albomunda kantri janrına keçid edib-etmədiyini soruşublar. Müğənni bu suala özünəməxsus şəkildə cavab verib:

“Çox adam soruşur ki, bu o deməkdir ki, mən kantri albomu hazırlayıram? Cavabım belədir… hmm, indi sadəcə məni xoşbəxt və əyləncəli hiss etdirən mahnılar hazırlayıram və “The Giver” mənim kantri janrına olan yanaşmamdır xoxo. Klassik kantri divaları öz janrlarının liderləridir, mən sadəcə burada fırlanıb sizin üçün kiçik bir ‘gey yodel’ etmək üçün varam.”

Çappell Roanın kantri ruhlu “The Giver” sinqlı artıq musiqisevərlərdə böyük maraq doğurub. Mahnının buraxılışına az qalmış, pərəstişkarlar onun yeni səs dünyasını kəşf etməyə hazırlaşırlar. 13 mart tarixində bu xüsusi treki dinləməyi unutmayın!

Scroll to Top