Ledi Qaqa “Los Angeles Times” ilə olan müsahibəsində yeni albomu haqqında danışıb. Qaqa bildirib ki, bu albomda fanatları sənətçinin həyatı haqqında çox şey öyrənəcəklər. O, həmçinin qeyd edib ki, uzun müddətdir gözlənilən bu albom onun musiqiyə olan sevgisi, müxtəlif janrlar, fərqli tərzlər və arzuları ilə doludur.
Qaqa: “Bu albomda müxtəlif janrlar bir-birini əvəz edir və sevgi ilə bitir. Sülhü sevgidə tapmağım həyatımda yaşadığım bütün xaosların cavabıdır. Yazdığım hər bir mahnı sanki keçmişdəki fərqli xəyallarıma aparırdı — həyatda verdiyim bütün səhv qərarlarımın xatırlanması kimi.”
