K-pop dünyasında çox sevilən və dinlənilən qruplardan biri olan “BlackPink”in 2025-ci ildə dünya turu ilə geri dönəcəyi açıqlandı. Uzun müddətdir solo karyeraları üzərində çalışan qrup üzvləri bu dünya turu üçün yenidən bir araya gələcəklər. Bu onların 2022-ci ildən Seulda başlayan “Born Pink” turundan sonra ilk tur olacaq. Qeyd edək ki, “Born Pink” Kpop tarixində qız qrupları tərəfindən başladılmış ən böyük tur hesab olunur.
2025-ci il dünya turu üçün hələlik xüsusi ad və tarixlər açıqlanmasa da, tanıtım videosu yayımlanıb. Bu xəbər “blink”lər tərəfindən çox böyük maraqla qarşılandı. İndi isə fanatlar həyəcanla yeni xəbərlər gözləyirlər!