Keçən həftə dünya turuna başlayan Şakira xəstəxanaya yerləşdirildiyi üçün Perudakı konserti təxirə salınıb. Kolumbiyalı ulduz bu barədə Instagram səhifəsində izləyicilərinə müraciət edərək bildirib:
“Mənimlə maraqlanan həkimlər bu axşam konsert verməyimin mümkün olmadığını söyləyiblər.”
O, həmçinin konsertin daha sonraya təxirə salındığını və buna görə çox üzgün olduğunu qeyd edib:
“Sevimli Perulu pərəstişkarlarımla yenidən görüşmək üçün çox həyəcanlı və duyğusal idim. Ümid edirəm ki, sabaha qədər vəziyyətim yaxşılaşacaq və məni tezliklə xəstəxanadan buraxacaqlar ki, sizin üçün hazırladığım şounu təqdim edə bilim.”
Qeyd edək ki, Şakira fevralın 11-də Rio-de-Janeyrodakı çıxışı ilə “Las Mujeres Ya No Lloran” adlı dünya turuna başlayıb. Daha sonra o, São Paulo şəhərində səhnə alıb.