Fiftysix Magazine

Menyu
Edit Template

Azərbaycan “Avroviziya 2025” üçün atəşfəşanlığa hazırdır–MAMAGAMA gəlir!

Azərbaycan, İsveçrənin Bazel şəhərində baş tutacaq 69-cu Avroviziya Mahnı Müsabiqəsində səhnəni titrədəcək təmsilçisini elan etdi – MAMAGAMA!

Bu o deməkdir ki, rok, pop və milli musiqinin vəhdəti ürəkləri fəth edəcək! 2021-ci ildən musiqi dünyasında inqilab yaradan bu üç nəfərlik qrup, səhnədəki enerjisi və fərqli tərzi ilə hər kəsi ovsunlamağa hazırdır.

MAMAGAMA kimdir?
Asəf – Qüvvətli vokalı və səhnə xarizması ilə ön sırada!
Hass – Gitara tellərində duyğuları rəqs etdirən usta!
Arif – Zərb alətlərində ritmləri ürəklərə həkk edən virtuoz!

“MAMAGAMA” nə deməkdir?

Bu, sadəcə bir ad deyil – səsin qəlbdə doğulması, musiqinin ruha toxunmasıdır! Ana qucağının doğmalığı və qamma dalğalarının sərhədsiz enerjisi bu adda birləşir.

MAMAGAMA mayın 13-də ilk yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Təmsilçimizin mahnısının fevral ayı ərzində təqdim edilməsi gözlənilir! Azərbaycan ruhunu əks etdirən musiqi nömrəsi ilə qrup, Avropaya unudulmaz anlar yaşatmağı hədəfləyir.

Scroll to Top