Fiftysix Magazine

Menyu
Edit Template

Azərbaycanın Avroviziya 2025 mahnısı təqdim olundu

Azərbaycanı Avroviziya 2025 mahnı müsabiqəsində təmsil edəcək Mamagama qrupu “Run With U” adlı mahnısının rəsmi klipini təqdim edib.

Klipin quruluşçu rejissoru və operatoru Elvin Əhmədoğlu, musiqinin müəllifləri isə Safael Mishi, Roman Zee və KHVSdir. Mahnının sözləri də Safael Mishiyə məxsusdur.

Layihənin ərsəyə gəlməsində bir sıra yaradıcı peşəkarlar iştirak edib:

İşıq rəisi: Nihad Malikli

Rejissor köməkçisi: Təranə Xəlilzadə

Kamera assistenti: Novruz Məmmədov

Qrafika üzrə mütəxəssis: Rövşən Abıyev

İstehsalat rəhbərləri: Anar Əmirov

Fokus ustası: Subhan Qulu-zadə

Vizajist: Nərgiz Atakişiyeva

İstehsalat dizayneri: Pərvanə Məmmədova

Stilist və geyim üzrə dizayner: Niğamət Qurbanov (Nikolab)

Təşkilatçılar: Elnur Qasımzadə, Fidan Sucəddinova

Videoqraf: Sərxan Axundov (Xansfilm)

Səs yazma və işləmə: İhor Zavada, Mixail Nekrasov


Klipdə Fahree, İlkin Dövlətov və TuralTuranX xüsusi qonaq qismində yer alıb.

Avroviziya 2025 müsabiqəsi 13, 15 və 17 may tarixlərində İsveçrənin Bazel şəhərində keçiriləcək.

Scroll to Top