Ötən gün Danimarkanın Boxen (Herning) arenasında Melodi Grand Prix 2025 baş tutdu. Səkkiz iştirakçı ölkəni Avroviziya 2025-də təmsil etmək uğrunda mübarizə apardı. Gecənin qalibi “Hallucination” mahnısı ilə Sissal oldu!
Danimarka sonuncu dəfə 2019-cu ildə Avroviziya finalına yüksəlib. O vaxt Leonora “Love Is Forever” mahnısı ilə finalda çıxış etsə də, son üç müsabiqədə ölkə yarımfinal mərhələsində mübarizəni dayandırıb.
İndi isə əsas sual budur: Sissal bu uğursuz seriyanı qıracaqmı? Danimarka azarkeşləri ümid edir ki, “Hallucination” ölkəni uzun fasilədən sonra finala aparacaq və yaxşı nəticə qazandıracaq. Bunun cavabını may ayında Bazeldə öyrənəcəyik!
