İsveçrə dövlət kanalı SRG SSR, ölkənin 2025-ci il Avroviziya təmsilçisini və mahnısını daxili seçimlə müəyyənləşdirib. Bu il İsveçrəni 24 yaşlı Zoë Më təmsil edəcək. 2016-cı ildən sonra ilk dəfə ölkə solo qadın ifaçı seçib.
Baseldə doğulan və Fribourqda böyüyən Zoë Më, Almanca və Fransızca oxuyur, poetik pop və chanson üslubunu birləşdirir. Uşaqlıqdan musiqi bəstələyən ifaçı, Montreux Caz Festivalı və Luzern Live kimi nüfuzlu festivallarda çıxış edib, SRF 3 Best Talent və RTS Artiste Radar mükafatlarını qazanıb.
