Litva, bu ilki Avroviziya təmsilçisini “Eurovizija.LT” adlı milli seçim turu ilə müəyyənləşdirdi. Yarışmanın final mərhələsində “Tavo akys” mahnısı ilə çıxış edən Katarsis qrupu, tamaşaçı səsverməsində qalib gələrək ölkəni Böyük Səhnədə təmsil etmək hüququ qazandı.
Katarsis qrupu 2020-ci ildə Vilnüsdə yaradılmışdır və post-pank janrında musiqi ifa edir. Qrupun hazırkı tərkibi vokalist və gitarist Lukas Radzevičius, bas gitarist Emilija Kandratavičiūtė, gitarist Alanas Brasas və davulçu Jokūbas Andriulisdən ibarətdir. Onların musiqisi alternativ rok və art-rok elementlərini birləşdirərək dinləyicilərə hipnotik melodiyalar təqdim edir.
2021-ci ildə qrupun “Vasarą galvoj minoras” mahnısı Litva singl çartlarında 9-cu pilləyə yüksələrək böyük uğur qazanmışdır. “Tavo akys” mahnısı isə 2025-ci ilin fevral ayında Litva singl çartlarında 6-cı yeri tutmuşdur.