Fiftysix Magazine

Menyu
Edit Template

Pesma za Evroviziju növbəti qalibini seçdi

Princ, 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Serbiyanı “Mila” adlı mahnı ilə təmsil edəcək. O, ölkəsini “Pesma za Evroviziju” adlı milli finalda 10 xal jüri, 8 xal isə xalqa alaraq ümumilikdə 18 xalla təmsil etməyə haqq qazandı.

Princ, Stefan Zdravković adlı 31 yaşlı Serb müğənnidir. 15 yaşında musiqiyə maraq göstərməyə başlayan Princ, Šesta žica adlı qrupu qurub. Filologiya üzrə təhsil alıb və Norveç dili sahəsində ixtisaslaşıb.

Princ, “Jesus Christ Superstar” rok operasında başrol oynayıb, bir çox beynəlxalq festivallarda iştirak edib və bir neçə ölkədə mükafatlar qazanıb. 2021-ci ildə “The Voice Bulgaria”da ilk 12-yə düşərək tanınıb. 2023-cü ildə isə “Cvet sa istoka” ilə Serbiyanın milli finalında ikinci olub.

Scroll to Top