Fiftysix Magazine

Menyu
Edit Template

Sanremo 2025-in qalibi bəlli oldu

İtaliyanın ən uzunömürlü musiqi festivalı Sanremo 2025-in qalibi müəyyənləşib. 11-15 fevral tarixlərində keçirilən festivalda Olly, “Balorda Nostalgia” mahnısı ilə birinci yerə layiq görülüb və 31% səs toplayıb. Bu qələbə ona 2025-ci ildə İsveçrənin Bazel şəhərində baş tutacaq Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı təmsil etmək şansı qazandırır.

Final gecəsində İtalyanın 29 məşhur siması mübarizə aparıb. Səsvermənin nəticələrinə əsasən:

İkinci yer – Lusio Korsi (25,7%)

Üçüncü yer – Brunori Sas (16,6%)

Dördüncü yer – Fedez (20,5%)

Beşinci yer – Simone Kristiçi (6,1%)

Sanremo qalibi avtomatik olaraq Avroviziya-da iştirak etmir. Müsabiqə qaydalarına görə, Olly bu təklifi qəbul etməlidir. Əgər o imtina edərsə, bu təklif ikinci yeri tutan Lusio Korsi yə gedəcək.

“Balorda Nostalgia” nostalji və keçmişə duyulan həsrət hisslərini əks etdirən emosional bir ifa ilə tamaşaçılara təqdim olunub. Olly səhnədəki çıxışı ilə izləyiciləri təsirləndirib.

Olly-nin “Balorda Nostalgia” performansını sizlərə təqdim edirik.

Scroll to Top