İtaliyanın musiqi tarixinə yön verən, Avroviziyanın yaranmasında əsas ilham mənbəyi sayılan Sanremo Musiqi Festivalı bu gecə 75-ci dəfə pərəstişkarlarını sehrli səhnəsinə toplayır!
Domenico Modugno-dan Måneskin-ə, Laura Pausini-dən Il Volo-ya qədər dünya ulduzlarının yüksəliş nöqtəsi olan bu möhtəşəm festival beş gün ərzində musiqi dünyasına yeni hitlər bəxş edəcək. Səhnəyə çıxan sənətçilər təkcə mahnıları ilə deyil, həm də ən prestijli moda evlərinin imzasını daşıyan libasları ilə göz qamaşdıracaq.
Sanremo qalibinə isə böyük fürsət düşür: əgər qəbul edərsə, İtaliyanı bu ilki Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək!
Bu gecə saat 23:40-da Rai platformasında canlı yayımlanacaq festivalın ilk gecəsi sürprizlər və unudulmaz anlarla dolu olacaq. Musiqisevərlər, ekran qarşısında yerinizi alın!
